Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:22

İlham Əliyev Barak Obamanı təbrik edib


İlham Əliyev və Barak Obama, 24 sentyabr 2010
İlham Əliyev və Barak Obama, 24 sentyabr 2010
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı anadan olmasının 50 illiyi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

«Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Biz Birləşmiş Ştatların həmçinin, regionumuza diqqətini yüksək qiymətləndiririk. Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən Sizin, cənab prezident, ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcək.

Belə bir əlamətdar gündə, cənab prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm».
XS
SM
MD
LG