Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:06

Somali sakinlərinin az qala yarısı ölümlə üzləşib


BMT Somalidə daha 3 yeni aclıq zonası elan edib.

BMT-nin ərzaq və kəns təsərrüfatı təşkilatının məlumatına görə, yaxın ay yarım ərzində aclıq ölkənin bütün cənubunu bürüyəcək.

BMT 7 milyon yarımlıq Somali sakinindən 3 milyon 200 mininin ölüm təhlükəsiylə üzləşdiyini xəbərdarlıq edir.

Əl Qaidə ilə əlbir olan yerli radikal qrup isə ölkəyə hümanitar yardım çatdırılmasını əngəlləyir.

Son 60 il ərzində Somalidə görünməmiş quraqlıq peyda olub.
XS
SM
MD
LG