Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:56

"Harry Potter" 1 milyard dollarlıq həddi keçdi


"Harry Potter" filminin afişası Dubayda
Feyziyyə Hacıyeva


Sehrbaz oğlan Harry Potter haqqında son film dünya boyu 1 milyard dollar toplayıb.

Britaniya yazıçısı Coan Roulinqin əsəri əsasında çəkilən “Harry Potter və ölümün bəxşişləri. 2-ci hissə” bu göstəriciyə premyerasından keçən 19 gün ərzində nail olub.

Bu, filmi çəkən “Warner Brothers” şirkəti üçün rekorddur.

Harry Potter haqqında bundan əvvəlki filmlərə maksimum 900 milyon dollarlıq bilet satılırdı.

Kinosevərlərin böyük marağı onunla izah edilir ki, “Harry Potter və ölümün bəxşişləri. 2-ci hissə” - sehrbaz oğlan haqda seriyadan olan sonuncu filmdir, Harry Potter haqda filmlərin çəkilişi bununla dayandırılır.

Bu seriyadan filmlər 10 ildir ki çəkilir və onlar ümumilikdə 7 milyard dollardan çox pul toplayıblar.

“Harry Potter və ölümün bəxşişləri. 2-ci hissə”yə qədər 1 milyardlıq həddi “Avatar”, “Titanik”, “Alisa – möcüzələr ölkəsində”, “Üzüklər hökmranı”, “Kralın qayıtması” kimi filmlər də keçmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG