Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:37

Neft bumunun sonu yaxınlaşır


Bu ilin ilk yarısında Azərbaycanda neft hasilatı 23,8 milyon ton təşkil edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni müddəti ilə müqayisədə neft hasilatı təxminən 1 milyon 500 min tona yaxın, yəni 5,6 faiz düşüb.

Bu ilin yanvarında xam neft hasilatı 4,1 milyon, fevralda 3,8 milyon, martda 4,1 milyon, apreldə 3,9 milyon, mayda 4.1 milyon, iyunda 3,88 milyon ton olub.

Bu ilin yanvar -iyun aylarında Azərbaycanda qaz hasilatı 12,91 milyard kub.metr olub. Ötən illə müqayisədə qaz hasilatı 2,1 faiz düşüb.
İ
qtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri bildirirlər ki, Azərbaycan neft bumunun ortasındadır və 2012-ci ildə neft gəlirləri pik həddə çatacaq. Ekspertlər hesab edirlər ki, 2013-cü ildə neft hasilatı azalmağa doğru gedəcək və ölkə 2030-cu ildən sonra tamamilə neft idxalçısı ola bilər.
XS
SM
MD
LG