Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 15:38

Rusiyalı ekspert yeni Qarabağ müharibəsinin mümkünlüyündən danışır


Pavel Felqenhauer
Pavel Felqenhauer
«Dağlıq Qarabağ münaqişəsində tərəflər müharibəyə hazırlaşır».

Rusiyalı hərbi ekspert Pavel Felqenhauer bu fikirdədir.

AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində o, deyib ki, vasitəçilər bunu anlayır və tərəflərin ehtiraslarını cilovlamağa çalışır:

«Avropa Birliyi və Rusiya anlayırlar ki, hərbi əməliyyatların bərpa olunmasının qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Rusiya bu prosesdə öz sülhməramlılarını münaqişə zonasında yerləşdirsə, bu, onun üçün yaxşıdır. Rusiya 1994-cü ildən bunu istəyir».

Hərbi ekspert yaxın perspektivdə sülh danışıqlarında irəliləyiş olacağına da inanmır. O deyir ki, danışıqlara vasitəçilik edən ABŞ, Rusiya və Fransanın məqsədi müharibənin yenilənməsinə imkan verməməkdir:

«Müharibə genişmiqyaslı regional müharibəyə çevrilə bilər. Buna imkan vermək olmaz».

Amma P. Felqenhauer 2011-ci ildə müharibəni istisna edir.
XS
SM
MD
LG