Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 18:02

Abituriyentlərin ixtisas seçimi başa çatıb


Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticəsinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 3-ü saat 00.00-da başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzadlıqRadiosuna bildirilib ki, seçim üçün ayrılan vaxt iyulun 22-dən avqustun 2-dək olub. Abituriyentlər internet vasitəsilə ixtisas seçimi etməli idilər.

Azərbaycan bölməsi üzrə 28 mindən, rus bölməsi üzrə isə 4 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Dövlət Komissiyasından bildiriblər ki, müsabiqə şərtini ödəyənlərin sayı 34 mindən çox olsa da, onların təxminən 32 min 500 nəfəri ixtisas seçimində iştirak edib.

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri avqustun 4-də elan olunacaq.
XS
SM
MD
LG