
Bunu avqustun 2-də Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç bu ölkənin Baş naziri R. T. Ərdoğanın Bakıya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransı dedi.
TİCARƏT DÖVRİYYƏSİ 3 MİLYARD DOLLARA ÇATACAQ
Səfir bildirdi ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2.5 milyard dollar olub. İlin sonuna kimi isə ticarət dövriyyəsi 3 milyard dollar proqnozlaşdırılır.
QAZ DANIŞIQLARI İLƏ BAĞLI TEXNİKİ MƏSƏLƏLƏR SENTYABRDA BİTƏCƏK
Səfir Azərbaycanla Türkiyə arasında qaz danışıqlarının davam etdiyini, texniki məsələlərin sentyabrda bitəcəyini bildirdi.
Səfir dedi ki, əldə olunmuş qərara əsasən, ilin sonuna qədər Türkiyədə iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.
Bakıda terrorla bağlı müzakirələrə toxunan səfir İlham Əliyevin PKK terror təşkilatına dair səsləndirdiyi bəyanatdan razı qaldıqlarını bildirdi.
«BU, KÜÇƏ, EV QAPISI DEYİL»
Səfir Dağlıq Qarabağ münaqişəsinə də toxundu:
«Biz 18 il əvvəl Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla sərhədi bağladıq. Bu, küçə, ev qapısı deyil. Bir ölkənin başqa bir ölkəyə açılan qapısıdır. Biz bölgədəki problemlərin həll olunmasını istəyirik. Həm Türkiyə ilə Ermənistan, həm də Azərbaycanla Ermənistan arasında problemlər həll olunmalıdır».
Jurnalistlər səfirdən R. T. Ərdoğanın Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməməsinin səbəbini soruşdular. Səfir bildirdi ki, bu, onun proqramının sıxlığı ilə bağlıdır.