Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 18:14

Türkiyə mətbuatı Qəbələdəki pianino fabriki haqda


10 ayda 500 pianino hazırlanıb
10 ayda 500 pianino hazırlanıb
Almaniyalı sahibkar Hans Beltmann Qəbələdəki tütün fabrikini pianino fabrikinə çevirib. Bununla da Azərbaycan dünyanın ən nadir pianino fabriklərindən birinə yiyələnib. Fabrikdə hazırlanan pianinoların hamısı əl işidir. Üstəlik, işə cəlb olunan yerlilərin heç birinin əvvəllər bu sahədə təcrübəsi olmayıb.

Dünyada tanınmış «Beltmann» pianolarının təsisçisinin nəvəsi olan H. Beltmann iki il əvvəl Azərbaycan hökumətinin dəvəti ilə Qəbələdə pianino zavodu açıb.

Türkiyənin «Hürriyyət» qəzetinə müsahibəsində H. Beltmann fabrik işçilərinə bir neçə ay musiqi alətini düzəltməyi öyrətdiklərini deyib. Nəticədə 10 ayda 500 pianino hazırlanıb.

«Biz zəhərli olduğu üçün poliesterlə işləmirik» deyən H. Beltmann qeyd edir ki, Azərbaycana fabrik açmağa dəvət olunan zaman da yeganə şərti bu olub:

«Çünki mən insanları öldürmək istəmirəm. Biz işi tamamlamaq üçün təbii, qeyri-toksik materiallardan istifadə edirik».

Qəbələ pianino fabrikinə ağac Almaniya, Çexiya və Avstriya arasında yerləşən kiçik kənddən gətirilir:

«Dünyada ən yaxşı ağac oradadır. Tonun əla olması üçün pianinonun taxtası mükəmməl olmalıdır».

Fabrikdə 330 nəfərlik konsert zalı var. H. Beltmann deyir ki, burada pianino akademiyasının yaradılması da planlaşdırılır.

«Beltmann» pianinolarının Almaniyada sərgi zalı var. Daha iki sərgi zalının isə Moskva və Bakıda açılması nəzərdə tutulur.
XS
SM
MD
LG