Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq eləməyə hazırlaşır. Birliyin Xarici Siyasət rəsmisi Catherina Ashton deyib ki, həftəsoinu baş verənlərdən sonra yeni sanksiyalar qaçılmazdır.
İnsan haqları fəalları bildirirlər ki, həftəsonu keçirilən reydlərdə Suriyada azı 140 nəfər öldürülüb. Hökumət qoşunları Hama şəhərində prezident Bashar Asadın istefasını tələb edənlərə tanklarla hücum ediblər, burada 10-larla adam həlak olub.
Bu gün Rusiya da Suriyada zorakılığa son qoyulmasına çağırıb. Xarici İşlər nazirliyinin yaydığı bəyanatda bildirilir ki, dinc əhaliyə qarşı gücdən istifadə “qəbuledilməzdir və buna dərhal son qoyulmalıdır”.
BMT Təhlükəsizlik Şurasının Suryada vəziyyətin gərginləşməsiylə bağlı bu gün növbədənkənar toplantı keçirməsi gözlənilir.