Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

«Xarici jurnalistlərin döyülməsi ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir»


Böyük Britaniya vətəndaşı Celia Davies
Böyük Britaniya vətəndaşı Celia Davies
Xarici vətəndaşların döyülməsi ilə bağlı açılan cinayət işi yekunlaşmaq üzrədir. Bu barədə AzadlıqRadiosuna məlumat verən Bakının Yasamal rayon polis idarəsinin müstəntiqi Erol Əliyevin sözlərinə görə, ABŞ vətəndaşı Amanda Erickson və Böyük Britaniya vətəndaşı Celia Davies döyməkdə şübhəli bilinən şəxslərin istintaqı hələ də davam edir: «Əgər ortaya qeyri-adi bir şey çıxmasa, avqustun ortalarına kimi iş məhkəməyə göndərilə bilər».

Erol Əliyevin sözlərinə görə, istintaq zamanı əcnəbi qızlarla onları döyməkdə ittiham olunan oğlanlar arasında üzləşmə olmayıb, çünki qızlar Bakını tərk ediblər: «Amma şahidlər dindirilib».

İSTİNTAQA ŞÜBHƏLİ QİSMİNDƏ DÖRD KİŞİ CƏLB OLUNUB

Daxili İşlər Nazirliyi iyunun 15-dən 16-a keçən gecə Bakıda döyülən amerikalı jurnalist Amanda Erickson və britaniyalı hüquq müdafiəçi Celia Davies haqda məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, əcnəbilərin döyülməsi ilə əlaqədar Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə baş verən dövrdə Amanda Erikson və Celia Davies yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirdilər.

Erikson həmçinin «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG