Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Arif Hacılı və daha üç nəfərin məhkəməsinin hazırlıq iclası avqustun 12-də olacaq


Arif Hacılı
Arif Hacılı
İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinin hakimi Famil Nəsibovun icraatına verilib.

Vəkil Elçin Namazov «APA»ya deyib ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 12-nə təyin olunub.

Aprelin 2-də baş vermiş hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
XS
SM
MD
LG