Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Çinin Kashgar şəhərində 18 adam həlak olub


Çinin Xinjiang əyalətindəki Kashgar şəhərində şənbə və bazar günü 18 adam həlak olub. Çin hakimiyyəti baş verən zorakılıqlara görə, “xarici ölkələrin düşərgələrində terrorçuluq təlimləri keçimiş dini ekstremistləri” ittiham edib.

Xinhua agentliyinin xəbərinə görə, “İslamçı Şərqi Türküstan Hərəkatı”nın yaraqlıları Pakistan ərazisində təlimlər keçiblər.

Xəbərə görə, yaraqlılar bazar günü Kashgar şəhərində 6 adam öldürüb. Polis yaraqlılardan beşini güllələyib, üçünü tutub. İki yaraqlı isə yük maşınının sürücünü öldürəndən sonra maşını adamların üstünə sürüb. 6 adam ölüb.

2009-cu ildə uyğurlarla çinlilər arasında baş verən toqquşmalar nəticəsində 200-ə yaxın adam ölmüşdü.
XS
SM
MD
LG