Keçid linkləri

2026, 27 Avqust, cümə axşamı, Bakı vaxtı 05:15

Ukraynada azı 25 şaxtaçı ölüb

Ukraynadakı iki kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 25-ə çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verir.

Şənbə günü Donetskdəki “Bajanova” mədənindən 7-ci şaxtaçının cəsədi tapılıb.

4 nəfərin isə axtarışı gedir.

Cümə günü mədəndə lift qırılıb.

Cümə gününə keçən gecə Luqansk vilayətindəki mədənlərdən birində baş vermiş partlayış nəticəsində isə 18 adam ölüb, 8 nəfərin taliyi isə hələ ki, bəlli deyil.
Qəzaların səbəbi araşdırılır.
This item is part of
XS
SM
MD
LG