Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:54

Polşa Komissiyası: "Prezident təyyarəsinin qəzasında Rusiya tərəfinin də günahı var"


Polşanın hökumət komissiyası bildirib ki, keçən il Polşa prezidentinin təyyarəsinin qəzaya uğramasında Rusiyanın yerdəki qurğularının və kommunikasiyanın pis vəziyyəti rol oynayıb.

Komissiyanın sədri polkovnik Robert Benedikt mətbuat konfransında deyib ki, Smolenskdə yerdəki işıqlar tələblərə cavab vermirdi. Yerdəki dispetçerlər isə təyyarəyə düzgün komandalar verməyiblər.

Həmin qəzada 95 adam ölmüşdü.
Rusiyanın yanvar ayındakı hesabatında deyilirdi ki, qəzanın yeganə səbəbi təyyarə heyətinin səhvidir.
Bu hesabat Polşada böyük narazılıq doğurdu.
XS
SM
MD
LG