Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Təhlükəsizlik Şurasında Kosovo məsələsi müzakirə olunub


BMT Təhlükəsizlik Şurasında Kosovo ilə bağlı qapalı müzakirələr keçirilib.

Franss-Press agentliyinin məlumatına görə, Şura - Serbiya və Kosovo sərhədində artan gərginliklə bağlı xüsusi iclas keçirmək çağırışlarından qətiyyətlə imtina edib.

Serbiyanın XİN Vuc Jeremic belə bir iclasın keçirilməsini istəyirdi. Əvəzində isə məsələ qapalı şəkildə müzakirə olunub.

Bu arada NATO sülhməramlıları Kosovonun şimalındakı sərhəd keçid məntəqəsini nəzarətə götürüblər.

Kosovo polisi Serbiyadan mal gətirilməsinin qarşısını almaq üçün bazar ertəsi bu məntəqələri zəbt etmişdi. Yerli serblərin bu məntəqələrə hücumu nəticəsində 1 polis öldürülüb, məntəqələrdən biri isə yandırılıb.
XS
SM
MD
LG