Keçid linkləri

2026, 16 May, şənbə, Bakı vaxtı 17:56

Sülhümühavizə qüvvələri Kosovo-Serbiya sərhədindəki məntəqələri nəzarətə götürüblər

ABŞ və Fransanın sülhməramlı qüvvələri Kosovo-Serbiya sərhədindəki iki nəzarət-buraxılış məntəqəsini nəzarətə götürüblər.

Çərşənbə günü yerli serblərin bu məntəqələrə hücumu nəticəsində 1 polis öldürülüb, məntəqələrdən biri isə yandırılıb.

BMT-nin təhlükəsizlik şurası Serbiyanın xahişiylə təcili iclas çağırıb.

Kosovo polisi Serbiyadan mal gətirilməsinin qarşısını almaq üçün bazar ertəsi bu məntəqələri zəpt etmişdi.

Buna səbəb isə bundan əvvəl Serbiyanın müstəqilliyini tanımadığı Kosovoya qarşı eyni addım atması olub.
This item is part of
XS
SM
MD
LG