Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:45

Bir əsgər intihar edib,biri minaya düşüb, zabit isə yol qəzasında həlak olub


Arxiv foto
Arxiv foto
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissəsində baş verib. Hərbi hissənin əsgəri, Lənkəran Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1993-cü il təvəllüdlü Hüseynli Sakit Aslan oğlu xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.

Həmin hərbi hissənin zabiti, mayor İbrahimov Aftandil Ağamalı oğlu isə avtomobil qəzasına düşərək həyatını itirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında hər iki faktı təsdiqləyib.

Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb.

BİR ƏSGƏR MİNAYA DÜŞÜB

Bu gün cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun əsgəri minaya düşüb. APA-nın məlumatına görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, neytral ərazidə minanın partlaması nəticəsində Milli Ordunun əsgəri 19 yaşlı Hasil Sərxanov xəsarət alıb.

Hasil Sərxanov 2010-cu ildə Sabirabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

HƏMÇİNİN OXU:

20 günün əsgəri nədən ölüb?
Əsgərin boynu niyə sındırılıb?
Zabitlər orduda korrupsiya ilə bağlı prezidentə videomüraciət göndəriblər (VİDEO)
7 əsgər nədən öldü?
Əsgərlər bir-birilərini niyə güllələyirlər?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG