Kinorejissor Məhnaz Məhəmmədi və gənc bloqqer, aktrisa Peqah Ahəngərani azadlığa buraxılıb.
Peqah Ahəngəraninin mühacirətdə olan dayısı Hamid Hekmat məlumatı təsdiq edib. Onun sözlərinə görə, gənc bloqqer 83 min dollar müqabilində azad edilib.
«Media forum» saytı yazır ki, hər iki kino xadiminin azadlığa buraxılması ailələrinin qoyduğu mülk girovu qarşılığında mümkün olub. Onların konkret hansı ittihama görə tutulub saxlanması haqda məlumat yayılmayıb.
ETTELAAT-ın Tehran şöbəsinin əməkdaşları kinorejissor Məhnaz Məhəmmədini iyunun 26-da evindən tutub aparmışdılar. Evdə axtarış aparılmış, kinorejissorun bir sıra şəxsi əşyaları götürülmüşdü.
Məhnaz Məhəmmədi 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar zamanı Tehranın «Behişti Zəhra» qəbiristanlığında bəzi həmkarları ilə birlikdə saxlanmış, az sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı. O, son illərdə İrandakı qadın hərəkatını əks etdirən bir neçə sənədli filmin müəllifidir.
ETTELAAT əməkdaşları «yaşıl hərəkat»ın tərəfdarı olan Peqah Ahəngəranini iyulun 11-də tutmuşdu.
Peqah Ahəngərani 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisi zamanı müxalifət lideri Mirhüseyn Musəvinin seçki qərargahının fəal üzvlərindən olub. Gənc aktrisa seçkinin rəsmi nəticələrinə kütləvi etirazlar vaxtı tutulub dindirildikdən sonra azadlığa buraxılmışdı.