Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:28

Moskva ABŞ-ın viza sanksiyalarını cavabsız qoymayacağını deyir


Moskva ABŞ Dövlət Departamentinin Hermitage Capital fondunun hüquqşünası Sergey Maqnitskinin ölümünə görə bir sıra Rusiya vətəndaşlarına viza sanksiyası tətbiq etməsini cavabsız qoymayacaq.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu addımın qanunsuz olduğu bildirilir.

Nazirlik Birləşmiş Ştatları istintaqın gedişi və məhkəmə orqanlarına təzyiq göstərməkdə ittiham edir.

Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında naməlum şəraitdə ölüb və hazırda bu işlə bağlı təcridxananın bir sıra keçmiş əməkdaşına qarşı ittiham irəli sürülüb.

Birləşmiş Ştatlar bu işdə əli olan bir sıra Rusiya məmurlarına qarşı viza sanksiyası tətbiq edib.
XS
SM
MD
LG