Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 12:14

Britaniya Liviya səfirliyinin əməkdaşlarını ölkədən çıxarır


Böyük Britaniyanın hakim dairələri Londondakı Liviya səfirliyinin bütün əməkdaşlarını ölkədən çıxarır.

Liviya səfiri hələ bu ilin mayında Tripolidə Britaniya səfirliyinə edilmiş hücumdan sonra arzuolunmaz şəxs elan edilib.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq (William Hige) bildirib ki, London artıq qanuni hakimiyyət kimi Qaddafi rejimini yox, üsyançıların yaratdığı ötəri milli şuranı tanıyır.

Uilyam Heyq bildirib ki, nəqədər ki, Qaddafi hakimiyyətdədir, NATO-nun bu ölkədə apardığı hərbi kampaniya davam etdiriləcək.
XS
SM
MD
LG