Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:18

Suriyanın Kanaker şəhərində azı 11 adam öldürülüb

Suriyanın Kanaker şəhərində hökumət qoşunlarıyla nümayişçilər arasında baş vermiş toqquşmada azı 11 nəfər ölüb, 30-a yaxın adamsa yaralanıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, şəhərə tanklar yeridilib.

Yerli sakinlər ordusunu saxlamaq üçün barrikadalar qurublar.

Şəhərdə elektrik və telefon əlaqəsi söndürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri həmin vaxtdan bu yana ölkədə 1500-dən çox adamın öldürüldüyünü deyirlər.
This item is part of
XS
SM
MD
LG