Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:18

Aqil Xəlil haqqında film çəkilib


Arzu Qazıyeva
Arzu Qazıyeva
««073 saylı reys» «Bakı-Paris» təyyarə reysidir. Amma filmdə rəmzi məna daşıyır. Bu mühacirət etmiş insanların reysidir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan jurnalist Arzu Qazıyeva söylədi.

Ötən həftə təqdimatı keçirilən «073 saylı reys» filminin ssenari müəllifi Arzu Qazıyeva həm də filmin qəhrəmanının-Aqil Xəlilin Parisdə yaşaması səbəbindən bu reysi seçdiklərini dedi:

«O, Parisdə yaşadığına görə biz ora səfər etdik. Bizim başqa ölkələrdə də mühacirət etmiş jurnalistlərimiz var. Sadəcə, bu, Aqil Xəlillə bağlı olduğundan Paris reysi seçildi».

İNSANA BİR DÖVLƏTDƏ YAŞAMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Bəzilərinin xaricdə yaşamağın çox asan və gözəl olduğuna inandığını deyən Arzu Qazıyeva müəyyən mənada bu fikirlə razılaşdığını bildirdi:

«Həyat tərzi, qayda-qanunlar, demokratiya baxımından yaxşıdır. Amma hər insan məsələn, Parisə gedəndə, ora özünün mental təfəkkürünü, həyat tərzini, hansı millətə məxsusluğunu da aparır. Mən deməzdim ki, orada siyasi mühacirlər çox gözəl həyat keçirir. Amma bir insana bir dövlətdə yaşamaq üçün hansı hüquqlar, azadlıqlar lazımdırsa, o orada var. Bu baxımdan, Aqilin vəziyyətini müsbət saymaq olar».

AQİL XƏLİL PARİSDƏ PİANO ÇALIR?!

Arzu xanımın bildirdiyinə görə, Aqil Sarbon Universitetinin magistraturasında təhsil alır:

««Sərhədsiz Reportyorlar» Təşkilatının Jurnalistlər Evinin layihələrində çalışır. Hərdən həyat yoldaşının öyrətdiyi melodiyaları pianoda çalır. Çalışdığı layihələrlə bağlı müxtəlif təhsil ocaqlarında olur və fransızlara Azərbaycan haqqında məlumat verir. Amma Azərbaycanda hansı təzyiqlərlə üzləşdiyini onlara demir və orada ölkəmiz haqqında ancaq yaxşı şeylər danışır. O inam onda itməyib. Özünü yenə güclü sayır.
Aqil Xəlil
O əmindir ki, Azərbaycanda da Fransadakı kimi olacaq—demokratiya bərqərar olacaq, jurnalistlər təzyiqlə üzləşməyəcək».

AQİL XƏLİL EVLƏNİB?!

Arzu Qazıyeva Aqil Xəlilin evləndiyini təsdiqlədi:

«Televiziyalarda onun barəsində hədyan danışılırdı. Bu nə qədər inandırıcı idi ki? Xanım azərbaycanlıdır. Mən onunla tanış oldum. Əsl Azərbaycan xanımının siması var onda. Dediyim kimi, Aqilə pianoda çalmağı da öyrədib».

FİLM NECƏ QURULDU?

Arzu xanım filmdə Aqil Xəlildən daha yaşlı, mübarizə meydanlarında sınaqdan çıxan jurnalistlərin də iştirak etdiyini dedi:

«Onları nə sındırmaq, nə məhv etmək, nə ölkədən qovmaq mümkündür. Azərbaycanın ən peşəkar jurnalistləri siyahısındadırlar. Bunlar «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahiddir. Filmdə ekspert qismində «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də iştirak edir. Yəni illərin jurnalistləri və bu sahəyə yenicə atılmış bir müxbir—Aqil Xəlil. Seçim belə quruldu».

--Arzu Qazıyeva istəyini gerçəkləşdirmək üçün niyə film çəkməyi seçdi? --Filmdə daha nələr var?

--Eynulla Fətullayevdən müsahibə götürmək cəhdi niyə boşa çıxdı?

--Arzu xanım ölkə jurnalistləri ilə bağlı hansı mülahizələr söylədi?

--Cəmiyyəti niyə fikir azadlığının, düşüncə sərbəstliyinin məhdudluğunda suçladı?

--Öz jurnalistlik fəaliyyəti barədə nə danışdı?

--Niyə televiziyanı atdı?

--Təzədən televiziyaya qayıda bilərmi?

--37 dəqiqəlik filmin müzakirəsində kimlər iştirak etdi? İştirakçılar bir-birlərinə nə arzuladılar?

--Film hansı notlarla bitir—optimist, yoxsa pessimist?


«Can Bakı» qarşınızdadır.


Həmçinin oxu
Aqil Xəlil Parisdə həmyerlilərindən uzaq gəzir
XS
SM
MD
LG