Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Azərbaycan futbol millisi FIFA reytinqində 111-ci yerdədir


Azərbaycan-Almaniya oyunu, 7 iyun 2011
Azərbaycan-Almaniya oyunu, 7 iyun 2011
Beynəlxalq Futbol Federasiyası Birliyi (FIFA) futbol üzrə yığma komandaların aylıq reytinq cədvəlini yayıb.

Azərbaycan milli komandası 282 balla bir pillə irəliləyərək 111 sırada qərar tutub. Azərbaycan azarkeşlərinin yaxından izlədiyi Türkiyə millisi isə 1 sıra geriləyərək bu ay 24 yerdə duruş gətirib.

Siyahıya 2010-cu il dünya çempionu İspaniya 1588 xalla liderlik edir. Hollandiya 1542 xalla ikinci, Almaniya isə 1305 xalla üçüncü sırada durur.

Azərbaycanın 2012 Avropa Futbol Çempionatının seçmə mərhələsində rəqiblərindən Belçika 37-ci, Avstriya 66-cı, Qazaxıstan isə 126-cı sırada yer alır.

Bu arada «Copa America» çempionu Uruqvay tam 13 pillə birdən yüksələrək 5 sıraya yerləşib.

Bu siyahıda Azərbaycanın qonşularından Gürcüstan 530 xalla 57-ci, Ermənistan isə 462 xalla 70-ci yerdədir.
XS
SM
MD
LG