Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 05:11

Bu il indiyə kimi qeyri-döyüş şəraitində 49 hərbçi ölüb


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi təhlükəsizlik və müdafiə sektorunun 2011-ci il itkiləri barədə məlumat açıqlayıb.

“Media forum” saytına verilən məlumatda deyilir ki, 2011-ci ilin 7 ayı ərzində ölkənin təhlükəsizlik və müdafiə sektorunda itkilərin kəskin artımı hiss olunur: “2011-ci ilin geridə qalan dövründə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 56 nəfər təşkil edib. Ötən müddətdə 48 nəfər yaralanıb və ya xəsarət alıb.

Müvafiq dövrdə döyüş itkiləri (erməni gülləsi) 7 nəfər, qeyri-döyüş itkiləri isə 49 nəfər təşkil edir. 5 nəfər naməlum səbəbdən, 2 nəfər qar uçqunundan, 5 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma və s.), 7 nəfər avtomobil qəzasından, 7 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 1 nəfər əməliyyat tədbirlərindən, 15 nəfər qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 7 nəfər intihar edib. Dünyasını dəyişənlərin 50-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 2-i isə Daxili Qoşunların hərbi qulluqçusu olub”.
XS
SM
MD
LG