Keçid linkləri

2025, 11 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:39

Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana gəlir


Onu səfərdə Xarici İşlər naziri Əhməd Davudoğlu, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız və İqtisadiyyat naziri Zəfər Çağlayan müşayiət edir.

Bu barədə Türkiyənin «Anadolu» agentliyi məlumat yayıb.

Türkiyə baş naziri Azərbaycanda prezident İlham Əliyevlə görüşəcək. Görüşdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunacaq.

R. T. Ərdoğanın Türkiyədə keçirilən parlament seçkilərindən sonra səfər etdiyi ikinci ölkə Azərbaycandır. Birinci səfər Şimali Kipr Türk Respublikasına olub.
XS
SM
MD
LG