Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Hüsnü Mübarək zəifləyib və yeməkdən imtina edib


Misirin dövlət xəbər agentliyi MENA məlumat verir ki, hospitalda olan və gələn həftə məhkəmə qarşısına çıxarılacaq keçmiş prezident Hüsnü Mübarək zəifləyib və yeməkdən imtina edib.

Mübarəkin vəziyyəti hazırda müzakirə olunan mövzulardan biridir. Bir çox misirli hesab edir ki, 83 yaşlı Mübarəkin xəstəliyi ona məhkəmə qarşısında dayanmağa imkan verməyəcək.

Hüsnü Mübarək bu ilin fevral ayında xalq üsyanları nəticəsində istefaya getməyə məcbur oldu. O, kütləvi etirazlar zamanı etirazçılara qarşı atəş açmaq əmri verməkdə ittiham edilir. Hüsnü Mübarək avqustun 3-də bu ittihama cavab vermək üçün məhkəmə qarşısına çıxarılacaq.
XS
SM
MD
LG