Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:54

Polis mayorundan külli miqdarda narkotik götürülüb

Qazax rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Rafayel Mirzəyevdən və onunla birlikdə olan Astara rayon sakini Vahid Abdullayevdən 4 kiloqram 125 qram həşiş qətranı götürülüb.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti yayıb.

Toplanmış materiallar aidiyyəti üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.
This item is part of
XS
SM
MD
LG