Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Yerevan Moskvanı ermənilərin köçünü həvəsləndirməyə son qoymağa çağırıb


Ermənilər mövsümi iş dalınca Rusiyaya gedirlər, Yerevan hava limanı, 30 aprel 2010
Ermənilər mövsümi iş dalınca Rusiyaya gedirlər, Yerevan hava limanı, 30 aprel 2010
Ermənistanın baş naziri Tiqran Sargsyan deyib ki, onlar Rusiya hakimiyyətini erməni ailələrinin Rusiyaya köçməsini həvəsləndirməyə son qoymağa çağırıblar.

Hazırda Rusiyanın Federal Miqrasiya Xidməti “Həmyerli” adlanan xüsusi proqram həyata keçirir və erməni ailələrinə Rusiyaya köçmələri üçün imtiyazlar, o cümlədən qalmağa yer, eləcə də iş yeri təklif edir.

2009-cu ildən bəri yüzlərlə erməni ailəsinin bu proqram çərçivəsində Rusiyaya köçdüyü xəbər verilir.

Rusiya son onilliklərdə ciddi demoqrafik problemlərlə üzləşdiyi üçün keçmiş sovet respublikalarından işçi qüvvəsi cəlb etməkdə maraqlıdır.

Ermənistandan Rusiyaya əhali axınının artmasına görə erməni müxalifəti hökuməti son vaxtlar sərt tənqid edirdi.

Sargsyan bildirib ki, onlar da bu narahatlığı bölüşürlər və məsələni Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iclasında qaldırıblar.

Ermənistanın Ərazi İdarəetmə Nazirliyinin Dövlət Miqrasiya xidmətinin məlumatına görə bu ölkəni tərk edənlərin sayı 2008-ci ildə 23 min nəfər, 2009-cu ildə 25 min, 2010-cu ildə isə 30 min nəfərə yaxın olub.

Dövlət Miqrasiya xidmətinin hesablamasına görə, ermənilərin 65 faizi Rusiyaya, 10 faizi ABŞ-a, 10 faizi Avropaya, 5 faz isə keçmiş sovet ölkələrinə üz tutub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG