Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:31

Ermənistan Rusiyanı erməni ailələrinin miqrasiyasını həvəsləndirməyə son qoymağa çağırıb


Ermənistanın baş naziri Tiqran Sargsyan deyib ki, onlar Rusiya hakimiyyətini erməni ailələrinin Rusiyaya köçməsini həvəsləndirməyə son qoymağa çağırıblar.

Hazırda Rusiyanın Federal Miqrasiya Xidməti Ermənistanda “Həmyerli” adlanan xüsusi proqram həyata keçirir və erməni ailələrinə Rusiyaya köçmələri üçün imtiyazlar, o cümlədən qalmağa yer, eləcə də iş yeri təklif edir.

2009-cu ildən bəri yüzlərlə erməni ailəsinin bu proqram çərçivəsində Rusiyaya köçdüyü xəbər verilir.

Rusiya son onilliklərdə ciddi demoqrafik problemlərlə üzləşdiyi üçün keçmiş sovet respublikalarından işçi qüvvəsi cəlb etməkdə maraqlıdır.

Ermənistandan Rusiyaya əhali axınının artmasına görə erməni müxalifəti hökuməti son vaxtlar sərt tənqid edirdi.

Sargsyan bildirib ki, onlar da bu narahatlığı bölüşürlər və məsələni Rusiya-Ermənistan hökumətlərarası komissiyasının iclasında qaldırıblar.
XS
SM
MD
LG