Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:34

Breivikin məhkəməsi qapalı keçiriləcək


Osloda və Utoya adasında iki terror aktı törətmiş Anders Breivikin məhkəməsi qapalı keçiriləcək. Bu haqda bu günkü məhkəmə prosesində qərar verilib.

Anders Breivikin Osloda törətdiyi partlayış və Utoya adasındakı gənclər düşərgəsinə etdiyi silahlı hücum nəticəsində 93 adam ölüb, 100-dən çox adam yaralanıb. Bir neçə adam isə itkin düşüb. Bundan əvvəl Brevik bildirmişdi ki, öz hərəkətinin motivləri haqqında məhkəmədə açıq danışacaq.

Norveçdə matəm mərasimlər davam edir. Ölkə ərazisində terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
XS
SM
MD
LG