Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:51

Bakı Metropolitenində bədbəxt hadisə baş verib.


Metronun «Nizami» stansiyasında bir nəfər qatarın altına düşüb. Hadisə iyulun 25-i səhər saat 10:00 radələrində qeydə alınıb.

Hadisə yerinə təcilli tibbi yardım maşını cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar metropolitenin «Dərnəgül» -«Həzi Aslanov» xəttində qatarların hərəkətində fasilə yaranıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov «ANSpress»ə deyib ki, qatarın altına düşən şəxs 50-55 yaşlı qadındır. O, 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qadının intihar etdiyi və ya relsin üzərinə təsadüfən düşdüyü dəqiq bəlli deyil.
XS
SM
MD
LG