Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Görkəmli xanəndə Sabir Mirzəyev vəfat edib


Görkəmli xanəndə, əməkdar artist və prezident təqaüdçüsü Sabir Mirzəyev iyulun 23-də 68 yaşında vəfat edib.

APA-nın məlumatına görə, sənətkar İranda müalicə olunduğu xəstəxanada keçinib.
Mərhum ürək-damar xəstəliyindən əziyyət çəkirdi.

Sabir Mirzəyev 1943-cü ildə anadan olub.

Fəaliyyəti dövründə Azərbaycan Dövlət Filarmoniyası, “Azərkonsert” Birliyi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində calışıb.

Onun ifa etdiyi “Çahargah” və “Rast” muğamları, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşıqəm” xalq mahnıları qızıl fondda saxlanılır.

Azərbaycan muğam sənətində göstərdiyi xidmətlərinə görə 2007-ci ildə Sabir Mirzəyevə “Əməkdar artist” fəxri adı verilib.
Allah rəhmət eləsin!
XS
SM
MD
LG