Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

Qahirədə etiraz aksiyası hələ də davam edir


Misirdəki “6 aprel” hərəkatının nümayəndələri bildiriblər ki, tələbləri yerinə yetirilməyincə Qahirənin mərkəzini tərk etməyəcəklər.

Hazırda ölkəni idarə edən ali hərbi şura bundan əvvəl hərəkatı xalqla hərbçilər arasında nifaq salmağa cəhddə günühlandırıb.

Bu gün yüzlərlə nümayişçi müdafiə nazirliyinin binasına tərəf hərəkət etməyə cəhd göstərib.

Artıq 15 gündür ki, Qahirədə islahatların tezləşdirilməsi və keçmiş prezident Hosni
Mubarakın istefasıyla nəticələnmiş nümayişlər zamanı aksiyaçıların ölümünə görə cavabdehlərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
XS
SM
MD
LG