Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Şimali və Cənubi Koreyanın xarici işlər nazirləri görüşüb


Şimali və Cənubi Koreyanın xarici işlər nazirləri Cənub-Şərqi Asiya ölkələrinin İndoneziyada keçirilən illik regional formu çərçivəsində qısa görüş keçiriblər.

Bu 2008-ci ildən bu yana xarici işlər nazirlərinin ilk görüşüdür.

Bundan bir gün öncə isə formun keçirildiyi Bali adasında hər iki ölkənin nüvəyəndələri nüvə silahlarının yayılmaması məsələsini müzakirə ediblər.

Hər iki tərəf Şimali Koreyanın nüvə proqramıyla bağlı 6 tərəfli danışıqların bərpasına çalışacaqlarını bəyan ediblər.

Pxenyan 2 il bundan əvvəl bu danışıqları dayandırıb.
XS
SM
MD
LG