Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 13:04

“al-Shabab” Somalidə aclıq olmadığını bildirir

Somalinin cənubuna nəzarət edən radikal islamçı qrup al-Shabab bu ərazidə aclığın başlanması ilə bağlı BMT-nin məlumatını yalan adlandırıb.

Qrupun nümayəndəsi yerli radio ilə çıxışında bildirib ki, Somalinin cənubunda quraqlıqdır, ancaq aclıq yoxdur.

BMT-nin məlumatına görə, Somalidə on minlərlə adam aclıqdan ölüb. Onların çoxu uşaqlardır.
This item is part of
XS
SM
MD
LG