Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 17:42

Havanın temperaturu 40 dərəcəyə yüksələcək


Foto: Arxiv
İyulun 23-də Azərbaycanın əksər ərazilərində havanın temperaturu 40 dərəcəyə yüksələcək.

Məlumatı Milli Hidrometeorologiya Departamenti yayıb.

Bakıda və Abşeron yarımadasında iyulun 23-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG