Keçid linkləri

2026, 20 İyul, bazar ertəsi, Bakı vaxtı 05:01

Hillary Clinton İndoneziyaya gedib

ABŞ dövlət katibi Hillary Clinton region ölkələrinə səfəri çərçivəsində İndoneziyaya gedib.

Səfər zamanı təhlükəsizlik və prezident Barack Obamanın noyabrda bu ölkəyə nəzərdə tutulmuş səfərinə hazırlıq məsələləri müzakirə olunacaq.

Dövlət katibi həmçinin ASEAN ölkələrindən olan həmkarlarıyla görüşəcək.

Danışıqlar zamanı Cənubi Çin dənizindəki ərazi mübahisəsi, Şimali Koreyanın nüvə proqramı, Tailand və Kamboca arasındakı qarşıdurma və Myanmada insan haqlarının vəziyyəti müzakirə olunacaq.
This item is part of
XS
SM
MD
LG