Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:37

«Xəzər Lənkəran»- «Makkabi» 0:0


“Xəzər Lənkəran” la “Makkabi” qarşılaşmasında hesab açılmayıb.

“Makkabi” dəqiq oynayıb və bununla da “Xəzər Lənkəran”ın arzularının reallaşmasına imkan verməyib. Nəticədə oyun qolsuz bərabərliklə başa çatıb. Bu hesab isə “Xəzər Lənkəran”ın Avropa Liqasında mübarizəni dayandırdığını rəsmiləşdirib. İsraildəki matç “Makkabi”nin 3:1 hesablı qələbəsi ilə bitmişdi.

------

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 21-də Lənkəranın mərkəzi stadionunda keçiriləcək «Xəzər Lənkəran» – «Makkabi» oyununa biletlər iki gündür qurtarıb. Lənkəran mərkəzi stadionunun direktoru Höcət Hacıyev AzadlıqRadiosuna bildirdi ki, o ilk dəfədir belə halla qarşılaşır:

«Mən ilk dəfədir görürəm ki, azarkeşlər bir həftə əvvəl çox böyük mütəşəkkilliklə bilet alırdılar. 15 minlik stadiondur və bütün yerlərə biletlər satılıb».

Azarkeşlər deyir ki, bu günkü qarşılaşma ərəfəsində Lənkəranda xüsusi canlanma var. Lənkəranın İranla sərhəddə yerləşməsi, rəqib komandanın da İsrail klubu olmasına görə Lənkəranda təhlükəsizlik tədbirləri də gücləndirilib.

«BÖYÜK BİR AJİOTAJ VAR»

Lənkəran polis şöbəsindən də özünü təqdim etməyən növbətçi bildirdi ki, «Makkabi» klubunun təhlükəsizliyi xüsusi qorunur. Saat 6-dan polis stadionda olacaq:



«Burda bir az başqa cürədir. Xaricdən gələn qonaqlar olduğu üçün əlavə qüvvələr də olacaq».

«Futbol plyus» qəzetinin Lənkərandakı müxbiri Hüseyn Cəbrayıloğlu isə deyir ki, oyunqabağı Lənkəranda ajiotaj var:

«Bu gün Lənkəranda oyunla bağlı böyük bir ajiotaj var. İnanmıram ki, İrandan bura kimlərsə gəlib oyunu izləsin, təxribat eləsin. Ancaq azarkeşlərdən eşitdiyim odur ki, onlar «Allahu-Əkbər» qışqırmaqla «Makkabi»nin oyunçularına təzyiq göstərmək istəyirlər. İnsanlarda böyük inam var ki, «Xəzər Lənkəran» «Makkabi»yə qalib gəlib növbəti mərhələyə çıxacaq. Təhlükəsizlik tədbirləri çox güclüdür. «Makkabi» komandası oteldə qalır. Otel gecə-gündüz polis tərəfindən qorunur. Lənkəranlı azarkeşlər otelin qarşısında maşınlarda yüksək səslə «Qurdlar vadisi Fələstin» serialının mahnısını səsləndirmək istəyiblər, ancaq buna da imkan verilmədi».

«TAMAŞAÇILAR HƏMİŞƏ ÇILĞINDIR»

«Xəzər-Lənkəran»ın rəsmi fan klubunun rəhbəri Samir Qasımov isə deyir ki, azarkeşlər bu oyuna xüsusi hazırlaşıb. Oyunda isə ancaq futbol şüarları səsləndiriləcək:

«Azakeş dəstəyi bizim stadionda həmişə olur. İndi də möhtəşəm oyundur, birə-beş artıq olacaq. Heç bir ajiotaj yoxdur. Bizim tamaşaçılar həmişə çılğındır. Ancaq həmişə futbol şüarı səsləndiriblər. Ola bilsin 15 min tamaşaçının içindən 10-15 nəfər «Allahu-Əkbər» qışqıra bilər. Ümumilikdə isə bizdə həmişə qonağa hörmət olub».

Samir Qasımov deyir ki, İsraildə keçirilmiş oyunda viza probleminə görə azərbaycanlı azarkeşlər iştirak edə bilmədikləri üçün İsraildən də azarkeş qrupu iştirak etməyəcək.

Lənkəran stadionunun direktoru Höcət Hacıyev bildirdi ki, komanda heyəti daxil olmaqla Lənkəranda İsraildən 46 nəfərlik qrup gəlib. 20 nəfərə VİP lojada yer ayrılıb. Bu yerlər «Makkabi»nin idarə heyətinin üzvləri və İsrailin Bakıdakı səfirliyinin 5 nümayəndəsi üçün ayrılıb.

Yerli medianın yazdığına görə, İsraildən azarkeşlər təhlükəsizlik tədbirlərinə görə gəlməyib. İsrailin Bakıdakı səfirliyindən isə bununla bağlı heç bir açıqlama vermədilər.

Qarşılaşma iyulun 21-də saat 20:30-da başlanacaq. İlk qarşılaşmada «Xəzər Lənkəran» 3:1 hesabı ilə məğlub olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG