Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 05:20

Brakonyerlərdən 9 ton balıq, 60 kq qara kürü müsadirə edilib


Foto: Arxiv
Foto: Arxiv
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi bu ilin 6 ayında dəmiryolu, hava və su nəqliyyatında qeydə alınan cinayətlərin statistikasını açıqlayıb.

Hesabat dövründə həmin sahələrdə 293 cinayət hadisəsi qeydə alınıb. Onlardan 90-ı narkotiklərlə əlaqədardır. Keçirilmiş tədbirlər nəticəsində 9 kiloqram 850 qram narkotik vasitə aşkarlanıb.

Açıqlamada qeyd edilir ki, 81 ekoloji cinayət və 56 inzibati xəta faktı aşkarlanıb. Bu zaman 8 ton 967 kiloqram balıq, 60 kiloqram kürü, 59 qayıq, 182 tor müsadirə edilib.
XS
SM
MD
LG