Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 21:50

Əsgər hərbçi yoldaşını öldürərək qaçıb

Foto: Arxiv
Foto: Arxiv
Azərbaycan Müdafiə Nazirliyinin Beyləqanda yerləşən «N» saylı hərbi hissəsində silahlı insident baş verib.

Hərbi hissənin əsgəri Arif Cəfərov təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Hikmət Yusifova dəyib və o, hadisə yerində həlak olub.

Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya faktı təsdiqləyib.
This item is part of
XS
SM
MD
LG