Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:06

Serbiya Goran Hadzici Haaqa tribunalına verəcək


Serbiyanın hərbi məhkəməsi xorvat serblərinin keçmiş lideri Qoran Haciçin (Goran Hadzic) Haaqa tribunalına verilməsi barədə qərar qəbul edib.

Haciçin vəkili Toma Fila yaxın günlərdə onun Haaqaya tribunalına veriləcəyini deyib.

Onun həbsi barədə Serbiya prezidenti Boris Tadiç bu gün keçirditi mətbuat konfransında məlumat verib.

52 yaşlı Haciç 1990-cı illər Balkan müharibəsi dövründə hərbi cinayətlər törətməkdə ittiham olunur və bu işlə bağlı beynəlxalq axtarışda olan sonuncu serbiydi.

Avropa Birliyi ilə NATO Haciçin həbsini alqışlayıblar.

İki ay bundan əvvəl Bosniyadakı keçmiş serb ordusunun komandanı Radko Mladiç də Serbiyada həbs olunaraq Haaqa məhkəməsinə verilib.

Bu iki nəfərin həbsi Serbiyanın Avropa Birliyinə inteqrasiyasında əsas şərtlərdən biriydi.
XS
SM
MD
LG