Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 14:16

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini dəyişib

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə Erik Rubin (Eric Rubin) təyin edilib.

Bu barədə «APA»ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

E. Rubin bu vəzifədə Tina Kaydanaunu (Tina Kaidanow) əvəz edəcək.

Son dörd ildə E. Rubin ABŞ-ın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışıb. Bundan öncə isə Ukrayna, Honduras və Tailandda müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Rus, ukrayna, fransız və ispan dillərini bilir.
This item is part of
XS
SM
MD
LG