Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:12

Nikahlar və boşanmalar artıb


Foto: Arxiv
Foto: Arxiv
2011-ci ilin 6 ayı ərzində Azərbaycanda 39 803 nikah bağlanıb. Əcnəbilər və vətəndaşlığı olmayanlarla nikahların sayı 792 təşkil edib.

Bu barədə «APA»ya Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

İlin ilk yarısında ölkədə 5335 nikahın pozulması halı qeydə alınıb. Onlardan 19-u əcnəbilər və vətəndaşlığı olmayanlarla olan nikahlara aiddir.

R. Kərimova bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların və boşanmaların sayı artıb.

2010-cı ilin ilk 6 ayı 2011-ci ilin ilk 6 ayı
Nikahların sayı 32 681 39 803
Boşanmaların sayı 4276 5335
XS
SM
MD
LG