Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:03

“Telefon dinlənilməsi” qalmaqalı Britaniyanın baş nazirinin də sorğu-suala çəkilməsinə səbəb olub


Britaniyanın baş naziri David Cameron bu gün "qanunsuz telefon dinlənilməsi" qalmaqalı ilə bağlı parlamentdə sorğu-suala çəkiləcək. Afrikaya səfərini yarımçıq qoyub geriyə dönən Camerondan soruşulacaq ki, Murdochun "News of the World" bulvar qəzetinin keçmiş redaktorunu işə götürməsinin səbəbləri nədir?

Bir neçə gündür ki, Britaniyada 200 ilə yaxın tarixi olan qəzetin rəhbərliyinin qanunsuz və gizli telefon dinləmələrini təşkil olunması müzakirə olunur. Qəzetin sahibi, 80 yaşlı Rupert Murdoch iyulun 19-da parlamentdə dinləmədə üzr istəyib, ancaq deyib ki, “News of the World” qəzeti onun media şirkətində xırda bir hissə olduğuna görə, qəzetdə baş verənləri izləyə bilməyib. Deyib ki, onu "satmış" adamlar səhvə yol veriblər:

- Mən etibar etdiyim o adamları hiss edirəm, - deyə bilmərəm kimlərdir. Bilmirəm hansı səviyyədədirlər, - məni pis vəziyyətdə qoyublar Fikrimcə, kompaniyaya və mənə qarşı biabırçı və xəyanətcəsinə davranıblar. Mən səmimi düşünürəm ki, bu məsələlərdə mən təmiz şəxsəm.

Etirazçılardan biri parlamentdə ona hücum etdiyi üçün dinləmə təxirə salınıb.

Bu qəzet 4 mindən çox adamın telefon danışqlarına qulaq asmaqda, məktublarını oxumaqda ittiham olunur.
XS
SM
MD
LG