Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Media boss Murdoch parlamentə izahat verməli oldu


News Corp media imperiyasının başçısı Rupert Murdoch və onun oğlu James bu gün Britaniya parlament komitəsinin qarşısına çıxıblar.

Şirkətin Avropa və Asiya əməliyyatlarına başçılıq edən James Murdoch danışığına qulaq asılanlardan üzr istəyib.

Dinləməyə səbəb News Corpa məxsus olan “News of the World” qəzeti əməkdaşlarının kral ailindən, siyasətçilərdən, məşhurlardan tutmuş, rəqib qəzet jurnalistlərinə qədər müxtəlif adamların telefon danışıqlarına qulaq asmaları, elektron məktublarını oxumaları olub.

Parlamentdəki debata görə baş nazir Cameron Afrika səfərini yarımçıq qoyaraq, Londona qayıdıb.
XS
SM
MD
LG