Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:26

Soçidə Olimpiya Oyunları Rusiyaya 18 milyard dollara başa gələ bilər


Rusiyada Soçidə keçirilməli 2014-cü ilin qış Olimpiya oyunları tarixdə ən bahalı olimpiya oyunları olacaq.

Rusiyanın Federal Maliyyə və Büdcə Aşkarlığı Xidmətinin rəhbəri Sergey Pavlenko deyib ki, buna səbəb pis idarəçilik və sifarişləri yerinə yetirən şirkətlərin qiymətləri şişirtməsidir.

Onun sözlərinə görə, olimpiya oyunlarının təşkili Rusiyaya 13 milyard dollardan 18 milyard dollara kimi məbləğə başa gələcək. Bunun da çox hissəsini vergi verənlər ödəyəcək.

O bildirib ki, Soçidə tikinti sifarişlərini götürənlər qiymətləri qaldırırlar. O misal çəkib ki, atletlər üçün yataqxanaların və yolların qiyməti 40 faiz şişirdilib.
XS
SM
MD
LG