Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 06:47

«Türklərin elektrik enerjisi haramdır»


Kipr.
Kipr.
Yunan kilsəsinin baş yepiskopu «Kipri türk elektriki ilə işıqlandırmaq əvəzinə lampadan istifadə etməyi daha üstün tuturam» deyib.

Kiprin yunan hissəsində elektrik stansiyalarının birində iyul ayının 11-də baş vermiş qəzadan sonra bölgədə elektrik enerjisi kəsilmişdi. Adanın yunan tərəfi bölgəyə enerji verilməsini təmin etmək məqsədi ilə Şimali Kiprdən elektrik almağa məcbur qalmışdı.

Yunan tərəfinin belə bir addım atması ictimaiyyət nümayəndələri tərəfindən sərt reaksiya doğurub. Türkiyə mətbuatının yaydığı məlumata görə, regionun dini liderləri də işə qarışıb.

Yunan Ortodoks Kilsəsinin Baş yepiskopu II Hrisostomos deyib ki, Kipri türk elektriki ilə işıqlandırmaq yerinə, lampa istifadə etməyi daha üstün tuturuq.
O, Şimali Kiprdən gələn elektrik enerjisindən istifadə etməyin haram olduğunu deyib. II Hrisostomos deyib ki, gərək bu cür qərar verməzdən əvvəl prezident Dimitris Hristofyas xalqın fikrini öyrənərdi.

Yepiskop xatırladıb ki, 1995-ci ildə Beşbarmaq dağlarında baş verən faciə zamanı Yunan tərəfi də Şimali Kipr TC-yə kömək təklif etmişdi. Lakin həmin vaxt Türkiyə Kipri yardımdan imtina etmişdi.

Yunan Kiprində parlament sədri Yannakis Omiru isə hökumətin bu qərarına haqq qazandırıb. Eləcə də Yunan Kiprinin ən iri partiyası olan AKEL-in başçısı Andros Kiprianu ŞKTC-dən enerji almağın doğru bir hərəkət olduğunu deyib:
«Bu ölkədə artıq fanatizm və kin duyğuları ilə deyil, məntiqlə hərəkət etmək məcburiyyətindəyik».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG