Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

"Bild": "Nazarbayev Almaniyada xəstəxanadadır"


Almaniyan “Bild” qəzeti xəbər verib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almaniyada xəstəxanaya yerləşdirilib.
Ancaq onun nədən müalicə olunduğu bilinmir.

Qəzet yazır ki, 71 yaşlı Nazarbayev əvvəlcə Hamburq-Eppendorf Universiet Tibbi Mərkəzində məxfi şəkildə müayinə olunub.

Qəzet bildirir ki, Nazarbayevin xəstəxanaya getməsində Almaniyanın Xarici İşlər Nazirliyi vasitəsçilik edib. Ancaq qəzet nazirlikdən soruşanda Nazarbayevin Hamburqda olması barədə nazirlik heç nə bilmədiyini deyib.
Xəstəxana da şərh vermək istəməyib.
XS
SM
MD
LG