Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:26

Nobel mükafatlı yazıçının romanı - Azərbaycan dilində


“Dünya Ədəbiyyatı Kitabxanası Seriyası”ndan daha iki kitab nəşr edildi. (Kitab klubu)

Bunlar görkəmli ingilis yazıçıları Corc Oruell-in və Harold Pinterin seçilmiş əsərləridir.

20-ci əsrin ən görkəmli dramaturqlarından olan Nobel mükafatlı Harold Pinterin kitabına onun 10-da çox pyesi və yeganə romanı olan “Cırtdanlar” daxil edilib.

“Cırtdanlar” üç dostun hekayətini anladır. Meydana bir qadın çıxarkən dostlar arasında necə nifaq düşməsindən bəhs edir.

Totalitarizm və diktaturalar əleyhinə əsərləri ilə tanınan Corc Oruell-in kitabına isə onun “1984” (roman), “Heyvanıstan” (povest) və “Kataloniyaya məhəbbətlə” (sənədli roman) əsərləri daxil edilib.

Bununla da “Dünya Ədəbiyyatı Kitabxanası Seriyası”ndan çap edilmiş kitabların sayı 50-yə çatıb.

Ölkə prezidentinin sərəncamı ilə çap edilən seriya 150 kitabdan ibarət olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG