Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:35

Araz Əzimov Qarabağ danışıqlarında Azərbaycanın kompromisləri barədə


İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan Soçidə, 25 yanvar 2010

«Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlana bilər. Rəsmi Bakı bu çərçivədə kompromisə hazırdır».

Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov «Exo Moskvı» radiostansiyasına müsahibəsində bildirib.

O deyib ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpasında israr edir. Eyni zamanda Bakı Qarabağ əhalisinə özünüidarə verə bilər. Lakin Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına dair ifrat mövqeyində qalmaqdadır:

«Bu, sülhün bərqərarı yolunda əsas maneədir».

A. Əzimov bildirib ki, Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi yalnız azərbaycanlı əhali öz doğma yurduna qayıtdıqdan sonra mümkündür:

«Azərbaycan kompromisə hazır olduğunu bəyan edib və körpünün yarısına yaxınlaşıb. İndi Ermənistan qarşılıqlı addım atmalıdır».

A. Əzimovun fikrincə, Qarabağ nizamlanmasında «qızıl orta» tapılmalıdır. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsi olmalıdır. Lakin Ermənistanla sıx əlaqələri qorunmalı, beynəlxalq zəmanətlərlə təmin olunmalıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG